Tanınmış şair Ayaz Vəfalı vəfat edib
Tanınmış şair, tərcüməçi və “Ədəbiyyat qəzeti”nin keçmiş baş redaktoru Ayaz Vəfalı 89 yaşında vəfat edib.
Crossmedia.az xəbər verir ki, Ayaz Vəfalı 1937-ci il aprelin 1-də Cəlilabad rayonunda anadan olub. Orta məktəbi bitirdikdən sonra 1954–1959-cu illərdə Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.
Əmək fəaliyyətinə “Ədəbiyyat və incəsənət” qəzetinin redaksiyasında başlayan Ayaz Vəfalı burada texniki katib, ədəbi işçi, tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, eləcə də baş redaktorun müavini vəzifələrində çalışıb. O, 1960–1976-cı illərdə həmin nəşrdə müxtəlif vəzifələrdə işləyib.
1976–1977-ci illərdə “Ulduz” jurnalının redaksiyasında ədəbi işçi olan Ayaz Vəfalı daha sonra yenidən “Ədəbiyyat və incəsənət” qəzetində fəaliyyətini davam etdirib. 1977–1978-ci illərdə tənqid və ədəbiyyatşünaslıq şöbəsinin müdiri, 1978–1993-cü illərdə məsul katib, 1993–1996-cı illərdə isə baş redaktorun müavini olub.
Ayaz Vəfalı 1996–2014-cü illərdə “Ədəbiyyat qəzeti”nin baş redaktoru vəzifəsini tutub.
10:26 11.10.2026
Oxunuş sayı: 55