Şilidə güclü sel: avtomobillər suyun altında qaldı
Şilidə yağan güclü yağışlar nəticəsində sel baş verib.
Crossmedia.az xəbər verir ki, paytaxt Santyaqonun şərqində yerləşən San Carlos de Apoquindo bölgəsində yolları palçıq və su basıb. Sel suları çox sayda avtomobili sürükləyib və nəqliyyat vasitələrinə ciddi ziyan dəyib.
Güclü yağışlar səbəbilə Santyaqo Metropolitan Bölgəsində sarı alarm elan edilib.
12:53 09.10.2026
Oxunuş sayı: 150