5,2 bal gücündə zəlzələ qeydə alındı
Türkiyənin Adana və Osmaniyə vilayətlərində oktyabrın 4-də ardıcıl zəlzələlər baş verib.
Crossmedia.az xəbər verir ki, “BBC Türkçe” bu barədə məlumat yayıb.
AFAD-ın məlumatına görə, Adananın Saimbəyli rayonunda 4,8, 4,9, 4,4 və 4,3 maqnitudalı dörd zəlzələ qeydə alınıb. Osmaniyənin Sumbas rayonunda isə 5,2 maqnitudalı zəlzələ baş verib.
Türkiyənin daxili işlər naziri Mustafa Çiftçi ilk üç təkanın ardından mənfi halın qeydə alınmadığını bildirib. AFAD da zəlzələlər nəticəsində hər hansı mənfi vəziyyətin yaranmadığını açıqlayıb.
Hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik zəlzələdən təsirlənən vətəndaşlara psixoloji dəstək göstərildiyini, məktəblərdə isə problem olmadığını deyib.
Zəlzələlərin hansı qırılma xətti ilə bağlı olduğu ətraflı seysmoloji və sahə araşdırmalarından sonra müəyyənləşdiriləcək.
Professor Naci Görür təkanların Şərqi Anadolu qırılma xətti üzərində baş verdiyini bildirib. Professor Osman Bektaş isə zəlzələlərin eyni qırılma zonasının ardıcıl qırılması ilə əlaqəli ola biləcəyini qeyd edib. Onun sözlərinə görə, bu, daha böyük zəlzələnin mütləq baş verəcəyi anlamına gəlmir.
Geologiya mühəndisi professor Övgün Əhməd Ercan isə zəlzələləri 6 fevral 2023-cü ildə baş verən Kahramanmaraş zəlzələlərinin afterşokları kimi qiymətləndirib.
13:36 05.10.2026
Oxunuş sayı: 49