Heydər Əliyevin büstünü zədələmiş şəxs məhkəmə qarşısında
Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin Tiflisdəki büstünün zədələnməsi ilə bağlı Ermənistan vətəndaşı İ.A.-nın işinə dair ilk məhkəmə iclası noyabrın 12-nə təyin edilib.
Crossmedia.az xəbər verir ki, bu barədə saxlanılan şəxsin vəkili Teona Peradze deyib.
Qeyd edək ki, 40 yaşlı İ.A. sentyabrın sonlarından etibarən 8 saylı penitensiar müəssisədə saxlanılır. Ona Gürcüstan Cinayət Məcəlləsinin əmlakın zədələnməsinə görə məsuliyyət nəzərdə tutan 187-ci maddəsi ilə ittiham irəli sürülüb. Onu beş ilədək azadlıqdan məhrumetmə cəzası gözləyir.
13:28 05.10.2026
Oxunuş sayı: 45