Riyadda hava limanı yaxınlığında tüstü və yanğın görüntüləri yayıldı
Səudiyyə Ərəbistanının paytaxtı Riyaddakı Kral Xalid Beynəlxalq Hava Limanı yaxınlığında güclü tüstü və alov müşahidə olunub, hava limanında bir sıra reyslər təxirə salınıb və ləğv edilib.
Crossmedia.az xəbər verir ki, “Politico” bu barədə məlumat yayıb.
Hadisədən bir neçə saat əvvəl Səudiyyə Ərəbistanı hakimiyyəti Riyad və Əl-Xərc şəhərlərində mümkün hava hücumu təhlükəsi ilə bağlı xəbərdarlıq edib və sakinlərə qapalı məkanlarda qalmağı tövsiyə edib. Daha sonra mülki müdafiə qurumu təhlükənin aradan qalxdığını açıqlayıb.
“Flightradar24” hava limanında ciddi problemlərin yarandığını, uzunmüddətli gecikmələr və bir sıra reyslərin ləğv edildiyini bildirib. Hadisənin Yəməndə husilərlə bağlı gərginliyin artdığı bir vaxtda baş verdiyi qeyd olunur.
20:33 19.09.2026
Oxunuş sayı: 44