Ukrayna qüvvələri Gorlovkada sərnişin avtobusuna hücum edib, 11 nəfər yaralanıb
Ukrayna Silahlı Qüvvələrinin Gorlovka şəhərində sərnişin avtobusuna hücumu nəticəsində 11 nəfər yaralanıb, onların arasında iki uşaq da var.
Crossmedia.az xəbər verir ki, “Ria novosti” bu barədə məlumat yayıb.
Məlumata görə, hücum barədə Gorlovka şəhərinin meri İvan Prihodko açıqlama verib. Hadisə nəticəsində avtobusda olan 11 nəfərin müxtəlif dərəcəli xəsarətlər aldığı bildirilib. Yaralananlar arasında iki uşağın olduğu qeyd edilib.
19:27 19.09.2026
Oxunuş sayı: 45