İran ABŞ-lə müharibənin dayandırılması üçün şərtlərini Qətər vasitəsilə Vaşinqtona çatdırıb
İran müharibənin dayandırılması üçün irəli sürdüyü şərtləri Qətər vasitəsilə ABŞ-ə çatdırıb və Vaşinqtonun cavabını gözləyir.
Crossmedia.az xəbər verir ki, “Tass” bu barədə məlumat yayıb.
İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi bildirib ki, Tehranın şərtləri bütün cəbhələrdə münaqişənin dayandırılmasını, dondurulmuş İran aktivlərinin blokdan çıxarılmasını və dəniz blokadasının aradan qaldırılmasını nəzərdə tutur.
Rzayinin sözlərinə görə, İran Qətər vasitəçisi ilə əlaqə saxlayır və ABŞ Prezidenti Donald Trampın cavabını gözləyir. İranın ABŞ-lə danışıqlara qayıtmasını şərtləndirdiyi daha əvvəl də bildirilib.
20:56 19.09.2026
Oxunuş sayı: 36