Azərbaycan armatur istehsalını 14 %-dən çox artırıb
Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 264 min ton armatur istehsal edilib.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 14,4 % çoxdur.
Təkcə avqustda isə ölkədə 32,8 min ton armatur istehsal olunub. Bu, 1 il əvvələ nisbətən 3,1 % çoxdur.
Bu il sentyabrın 1-nə, sənaye müəssisələrinin anbarlarında 9,5 min ton hazır məhsul ehtiyatı olub.
2025-ci ildə Azərbaycanda 389 min ton armatur istehsal edilib ki, bu da 2024-cü illə müqayisədə 11,6 % azdır.
16:24 19.09.2026
Oxunuş sayı: 43