Azərbaycanda yük daşımaları təxminən 3 % artıb
Bu ilin yanvar-avqust ayları ərzində Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri 162 milyon 739,4 min ton yük daşıyıb.
Crossmedia.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 4 milyon 738,3 min ton və ya 3 % çoxdur.
Hesabat dövründə nəqliyyat və anbar təsərrüfatı sektorunda 10 milyon 931,9 min manat məbləğində və ya ötən ilin eyni dövrü ilə müqayisədə real ifadədə 8,7 % çox gəlir əldə edilib.
10:38 17.09.2026
Oxunuş sayı: 46