Rus senator Zelenskinin mövqeyində dəyişiklik olduğunu iddia edib
Ukrayna Prezidenti Volodimir Zelenskinin Rusiya ilə müharibədə qələbənin mümkün olmadığı barədə fikirləri Rusiyada müzakirələrə səbəb olub.
Crossmedia.az xəbər verir ki, Rusiya Federasiya Şurasının Beynəlxalq Əlaqələr Komitəsi sədrinin müavini Vladimir Cabarov “Lenta.ru”ya açıqlamasında Zelenskinin artıq Moskvanın münaqişədə dayandığını və üstünlük qazandığını anladığını iddia edib. Onun sözlərinə görə, “sağlam düşüncəli insanlar Rusiyanı məğlub etməyin mümkün olmadığını başa düşürlər”.
Qeyd edək ki, Zelenski CBC News-a müsahibəsində münaqişənin qələbə ilə başa çatmayacağını bildirib. O, belə bir ssenarinin 2022-ci il fevralın 24-dən etibarən mümkün olmadığını deyib.
18:13 16.09.2026
Oxunuş sayı: 55