Kiyevdə raket zavoduna zərbə
Rusiya ordusu Kiyevdə raket və pilotsuz uçuş aparatları üçün komponentlərin istehsal edildiyi müəssisələrə zərbələr endirib.
Crossmedia.az xəbər verir ki, Rusiya Müdafiə Nazirliyi bu barədə məlumat yayıb.
Nazirliyin açıqlamasına görə, zərbə nəticəsində kəşfiyyat və zərbə PUA-larında istifadə olunan komponentlərin istehsalı iləməşğul olan müəssisələrdən biri vurulub. Həmçinin Kiyevdə FP-5 “Flaminqo” qanadlı raketlərinin hissələrinin, “Hornet” və “Shark” PUA-ları üçün komponentlərin, eləcə də digər uçuş aparatlarının istehsalı ilə əlaqəli sənaye müəssisələrinin hədəfə alındığı bildirilib.
Rusiya Müdafiə Nazirliyi zərbələrin konkret nəticələri barədə əlavə məlumat verməyib. Məlumatın müstəqil mənbələr tərəfindən təsdiqlənib-təsdiqlənmədiyi barədə də açıqlama yoxdur.
11:14 08.09.2026
Oxunuş sayı: 47