Moskva ilə Pekin arasında TİCARƏT REKORDU gözlənilir
Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2026-cı ilin yanvar-avqust aylarında 185,05 milyard dollara çatıb və illik müqayisədə 28,4 faiz artıb.
Crossmedia.az xəbər verir ki, Çinin gömrük məlumatlarına əsasən, bu barədə RİA Novosti məlumat yayıb.
Məlumata görə, hesabat dövründə Rusiyanın Çinə ixracı 26,5 faiz artaraq 100,37 milyard dollar olub. Çindən Rusiyaya idxal isə 30,7 faiz artaraq 84,68 milyard dollara yüksəlib
Beləliklə, Rusiya Çinlə ticarətdə profisitini qoruyub. İkitərəfli ticarət dövriyyəsinin artım tempi də sürətlənib. Belə ki, yanvar-iyul aylarında artım 26,3 faiz təşkil edib.
Çin artıq 16 ildir Rusiyanın ən böyük ticarət tərəfdaşı olaraq qalır. 2025-ci ildə iki ölkə arasında ticarət dövriyyəsi ABŞ-nin ikinci dərəcəli sanksiyalar tətbiq etmək təhlükəsi fonunda 6,9 faiz azalaraq əvvəlki iki rekord ilin göstəricilərindən aşağı düşmüşdü.
2026-cı ilin əvvəlindən isə iki ölkə arasında ticarət yenidən artmağa başlayıb. İlin yekununda dövriyyənin 250 milyard dolları ötəcəyi gözlənilir. Bu göstərici 2024-cü ildə qeydə alınmış 244,8 milyard dollarlıq nəticədən yüksək olacaq.
10:51 08.09.2026
Oxunuş sayı: 42