PISA 2025-in nəticələri açıqlanır
Bu gün ADA Universitetində PISA 2025 – Şagird Qiymətləndirilməsi üzrə Beynəlxalq Proqramın nəticələrinin təqdimatına həsr olunan tədbir keçirilir.
Crossmedia.az xəbər verir ki, tədbir Elm və Təhsil Nazirliyinin təşkilatçılığı ilə ADA Universitetində baş tutur.
Təqdimatda elm və təhsil naziri Emin Əmrullayev iştirak edir. Nazir çıxışında Azərbaycanın PISA 2025 tədqiqatında əldə etdiyi nəticələr, şagirdlərin oxu, riyaziyyat və təbiət elmləri üzrə göstəriciləri, eləcə də araşdırmanın ölkənin təhsil sistemi baxımından əhəmiyyəti barədə məlumat verəcək.
Tədbirdə, həmçinin PISA 2025 tədqiqatının nəticələri, Azərbaycan məktəblilərinin göstəriciləri və əvvəlki qiymətləndirmələrlə müqayisəli nəticələr təqdim olunur.
Qeyd edək ki, PISA İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatı (OECD) tərəfindən keçirilən beynəlxalq şagird qiymətləndirmə proqramıdır.
Ayhan
11:40 08.09.2026
Oxunuş sayı: 57