Kanadadan ABŞ-a iqtisadi zərbə
Kanada ABŞ-dan idxal olunan yüzlərlə məhsula 15-50 faiz arasında yeni gömrük rüsumları tətbiq edib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg” bu barədə məlumat yayıb.
Baş nazir Mark Karni hökuməti bir sıra Amerika polad məhsullarına tətbiq olunan idxal vergisini 25 faizdən 50 faizə yüksəldib. Bundan əlavə, motosiklet, kosmetika, pendir və digər istehlak mallarına da yeni tariflər tətbiq olunub.
Karni hesab edir ki, ABŞ Prezidenti Donald Trampa qarşı sərt mövqe Ottavanın ölkənin ən böyük ticarət tərəfdaşı ilə aparılan danışıqlardakı mövqeyini gücləndirə bilər.
Ekspertlər yeni tariflərin ABŞ ixracatçılarına, xüsusilə Kanada ilə fəal ticarət əlaqələri olan Miçiqan və Ohayo ştatlarında ciddi təsir göstərə biləcəyini bildirirlər. Hər iki ştatda noyabr ayında gərgin aralıq seçkilərin keçirilməsi gözlənilir.
Qeyd edək ki, Karni bir il əvvəl sələfi Castin Trüdonun tətbiq etdiyi bir sıra cavab tariflərini ləğv etmişdi. Tramp administrasiyası isə dəfələrlə cavab tədbirlərinə dözməyəcəyini açıqlayıb və Kanada ilə Çinin ABŞ tariflərinə qarşı analoji addımlar atan əsas ölkələr olduğunu bildirib.
11:27 08.09.2026
Oxunuş sayı: 47