Külək 4 nəfəri XƏSTƏXANALIQ ETDİ
Küləkli hava şəraiti ilə əlaqədar baş vermiş hadisələr nəticəsində 4 nəfər xəsarət alıb.
Bu barədə Crossmedia.az'a Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, üç qadın və bir kişi Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutuna hospitalizasiya olunub.
Xəsarət alan şəxslərə müvafiq tibbi yardım göstərilib. Onların vəziyyəti qənaətbəxş qiymətləndirilib və ambulator müalicə üçün evə buraxılıblar. Ev şəraitində müalicə və tibbi nəzarətlə bağlı müvafiq tövsiyələr verilib.
10:34 08.09.2026
Oxunuş sayı: 70