Kuba ABŞ-a QAPINI BAĞLADI: Danışıqlar aparılmır
Kuba xarici işlər naziri Bruno Rodrigez ABŞ ilə aparılan danışıqlarda heç bir irəliləyiş əldə olunmadığını və hazırda gələcək danışıqlar üçün razılaşdırılmış gündəliyin olmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Reuters bu barədə məlumat yayıb.
Nazirin sözlərinə görə, Havana və Vaşinqton arasında əlaqələri davam etdirmək istəyi qalır, lakin tərəflər arasında hazırda danışıqlar aparılmır və gələcək görüşlər üçün konkret gündəm müəyyən edilməyib.
Rodrigez bildirib ki, Kuba ABŞ ilə qarşılıqlı hörmət və ölkənin daxili işlərinə müdaxilə etməmək prinsipləri əsasında dialoqa hazırdır. O, danışıqlarda irəliləyişin olmamasını ABŞ tərəfindən siyasi iradənin çatışmazlığı ilə əlaqələndirib.
Kuba tərəfi ABŞ-nin ölkəyə qarşı iqtisadi, ticarət və maliyyə məhdudiyyətlərinin davam etməsini də əsas problemlərdən biri kimi göstərir. Reuters-in məlumatına görə, Havana bu sanksiyaların 2025-ci ildə ölkə iqtisadiyyatına vurduğu zərəri 8 milyard dollardan çox qiymətləndirir.
10:17 08.09.2026
Oxunuş sayı: 55