Səidə Səfərova: Xəzər dənizinin qorunması üçün elmi tədqiqatlar genişləndirilməlidir
Xəzər dənizinin qorunması üçün tədqiqatlar, elmi işlər genişləndirilməli və sürətləndirilməlidir.
Crossmedia.az xəbər verir ki, bunu Dünya İqtisadiyyatı və Diplomatiya Universitetinin (UWED) Qabaqcıl Beynəlxalq Araşdırmalar İnstitutunda (IAIS) Dayanıqlı İnkişaf Mərkəzinin rəhbəri Səidə Səfərova "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026" çərçivəsində keçirilən "Daxili su hövzələrində iqlim dəyişmələrinin yaratdığı çağırışlar: Xəzər dənizi nümunəsində" adlı panel sessiyada deyib.
O bildirib ki, Aral gölünün tarixi göstərir ki, su ilə bağlı ekoloji dəyişikliklər heç vaxt yalnız ətraf mühitlə məhdudlaşmır:
"Odur ki, Xəzər dənizindəki iqlim dəyişikliyinə nəzər salınmalı, erkən fəaliyyət, monitorinq və regional əməkdaşlığın vacibliyi təmin edilməlidir. Aral və Xəzər dənizi fərqli su sistemləridir, lakin onlar Mərkəzi Asiyanın ekoloji məkanında iqlim dəyişikliyi, su resurslarının idarə olunması, səhralaşma, ekosistemin deqradasiyası və sosial-iqtisadi həssaslıqların kəsişdiyi eyni su dinamikasının bir hissəsidir".
Mərkəz rəhbəri əlavə edib ki, Araldakı tarixi fəlakət həm də Xəzərdəki vəziyyətə və onun su deqradasiyasına qarşı standart bir cavab tədbiridir.
(Report)
10:01 08.09.2026
Oxunuş sayı: 46