Eyfel qülləsi turistlər üçün BAĞLANDI
Eyfel qülləsi əməkdaşların tətili səbəbindən ziyarətçilər üçün bağlanıb.
Crossmedia.az xəbər verir ki, “Reuters” bu barədə məlumat yayıb.
Məlumata görə, tətilə səbəb əməkdaşların qüllədə keçirilən özəl tədbirlə bağlı etirazı olub. Onların bildirdiyinə görə, tədbir zamanı qadın əməkdaşlardan həmin ərazidə olmamaları istənilib.
Qülləni ziyarət etmək istəyən turistlər gözlənilməz bağlanma səbəbindən məyus olublar.
Fransada tarixi abidələrdə çalışanların əməkhaqqı və iş şəraiti ilə bağlı tətil etməsi yeni hal deyil. Lakin bu dəfəki tətilin səbəbi daha fərqli olub.
10:26 08.09.2026
Oxunuş sayı: 53