Sülh danışıqlarında gözlənilməz inkişaf
Rusiya-Ukrayna münaqişəsinin nizamlanması ilə bağlı Kiyevdə keçirilən danışıqlara Böyük Britaniya, Almaniya və Fransanın milli təhlükəsizlik üzrə müşavirləri də qoşulub.
Crossmedia.az xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff bu barədə “X” sosial şəbəkəsində məlumat yayıb.
Uitkoffun sözlərinə görə, görüş zamanı münaqişənin həlli istiqamətində mühüm irəliləyiş əldə olunub. Tərəflər Vaşinqton, Kiyev və Moskva arasında əlavə üçtərəfli danışıqların keçirilməsi ilə bağlı qrafiki razılaşdırıblar.
Bundan əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski ABŞ-ın Rusiya və Ukrayna ilə münaqişənin deeskalasiyası üzrə mümkün tədbirləri müzakirə etdiyini bildirmişdi. Onun sözlərinə görə, müzakirələr enerji, taxıl tədarükü, eləcə də neft və qaz ixracı məsələlərini əhatə edir.
Zelenski yekun razılaşmaların hələ əldə olunmadığını qeyd edib.
11:43 08.09.2026
Oxunuş sayı: 51