Bakı “Formula 1”ə hazırlaşır: Marşal olmaq istəyənlərin sayı rekord həddə çatdı
"Formula 1" üzrə Azərbaycan Qran-prisinin 10 illik tarixində marşal olmaq üçün 35 mindən çox müraciət daxil olub.
Crossmedia.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
2016-cı ildə Bakıda keçirilən ilk yarış zamanı marşalların böyük hissəsi Bəhreyndən cəlb edilmişdisə, artıq 2017-ci ildə onların mütləq əksəriyyətini yerli marşallar təşkil edib.
2017-ci ildə marşal olmaq üçün 2379 nəfər müraciət etmişdisə, 2026-cı ildə bu göstərici 4201-ə yüksəlib. Azərbaycan Qran-prisinin 10-cu - yubiley yarışında 40 marşal postunda 1100 marşalın iştirakı nəzərdə tutulur.
Xatırladaq ki, Azərbaycan Qran-prisi sentyabrın 24-26-da keçiriləcək.
11:30 08.09.2026
Oxunuş sayı: 50