Xərçənglə mübarizə Ayovada seçki kampaniyasının əsas vədinə çevrilib
ABŞ-ın Ayova ştatında xərçəng hallarının artması və kənd təsərrüfatı çirklənməsinin mümkün təsirləri 2026-cı il aralıq seçkilərinin əsas müzakirə mövzularındandır.
Crossmedia.az xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
Ayova xərçəngə yoluxma göstəricilərinə görə ABŞ-da ikinci yerdədir. Qubernator və Senat seçkilərində iştirak edən respublikaçı və demokrat namizədlər içməli suyun təmizlənməsi, kimyəvi maddələrə nəzarətin gücləndirilməsi və xərçənglə mübarizə vədləri verirlər.
Ekoloji fəallar kənd təsərrüfatı tullantılarından suya qarışan nitratların sağlamlıq problemlərində rol oynaya biləcəyini bildirirlər. Qlifosat adlı herbisidin mümkün təsirləri də müzakirə olunur, lakin onun sağlamlıq riskləri ilə bağlı elmi araşdırmalar yekun nəticəyə gəlməyib.
CNN-in məlumatına görə, bu il Ayovada xərçəng mövzusunu əhatə edən seçki reklamlarına təxminən 30 milyon dollar xərclənib. Problem həm seçicilərin diqqətini cəlb edib, həm də hər iki partiya daxilində kənd təsərrüfatı sənayesinə münasibətlə bağlı fikir ayrılıqlarını gücləndirib.
05:21 27.10.2026
Oxunuş sayı: 65