Mask Avropanı müharibəni qızışdırmaqda, Zelenskini isə yalan danışmaqda ittiham edib
Amerikalı sahibkar İlon Mask Avropadakı bəzi siyasətçiləri Ukraynada müharibənin uzanmasını dəstəkləməkdə ittiham edib. O, “X” sosial şəbəkəsindəki paylaşımında Kiyevin “Starlink” sistemindən dron hücumları üçün istifadə etdiyini və bunun xidmət şərtlərini pozduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Mask “Starlink”in Ukraynanın müdafiəsi üçün mühüm əhəmiyyət daşıdığını, sistemin fəaliyyətinin dayandırılmasının cəbhədə ciddi nəticələrə səbəb ola biləcəyini vurğulayıb.
O, həmçinin Ukraynaya ayrılan maliyyə yardımlarının istifadəsini tənqid edərək, Avropa siyasətçilərini münaqişənin uzanmasına şərait yaratmaqda günahlandırıb.
Avropada da münaqişənin həlli ilə bağlı fərqli mövqelər səsləndirilib. Bəzi siyasətçilər Ukraynaya yardımın dayandırılmasını və sülh danışıqlarının fəallaşdırılmasını müdafiə ediblər.
20:52 26.10.2026
Oxunuş sayı: 48