Buğanın hücumu faciə ilə nəticələndi – qadın öldü
Luqansk Xalq Respublikasının Velikaya Çerniqovka kəndində 54 yaşlı qadın həyətini təmizləyərkən buğanın hücumuna məruz qalaraq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, “112” bu barədə məlumat yayıb.
Məlumata görə, qadın həyətdə ev heyvanlarının ardınca təmizlik işləri apararkən buğa ona hücum edib. Heyvan qadına bir neçə dəfə buynuzları və başı ilə zərbə endirib, daha sonra isə onun sinə və qarın nahiyəsindən tapdalayıb.
Aldığı xəsarətlər qadının ölümü ilə nəticələnib.
Qeyd edək ki, bu, Rusiyada heyvan hücumu nəticəsində insan ölümü ilə bağlı ilk belə hadisə deyil. Daha əvvəl Buryatiyada 64 yaşlı qadın həyətində üç iri itin hücumuna məruz qalaraq həyatını itirmişdi.
Bundan əvvəl isə Soçinin Lazarevski rayonunda pitbulteryerlər 4 yaşlı qızı dişləyərək öldürmüşdü.
11:00 08.09.2026
Oxunuş sayı: 42