Kallasdan Moskvanı hədəf alan sərt mesaj – Avropa təzyiqi artırır
Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas Ukraynaya dəstəyin artırılmasının və Rusiyaya təzyiqin gücləndirilməsinin müharibənin başa çatdırılması üçün ən sürətli yol olduğunu bildirib.
Crossmedia.az xəbər verir ki, Kaja Kallas bu barədə Litvanın Baş naziri Mindaugas Sinkeviçiusla birgə keçirdiyi mətbuat konfransında danışıb.
Kallasın sözlərinə görə, Aİ-nin Ukraynaya Dəstək Krediti çərçivəsində Kiyevə artıq 8,47 milyard avro vəsait ayrılıb. Daha 6,1 milyard avronun ayrılması təsdiqlənib və bu vəsaitin bir hissəsi hava hücumundan müdafiə imkanlarının gücləndirilməsinə yönəldiləcək.
Aİ-nin xarici siyasət rəhbəri həmçinin Rusiyaya qarşı indiyədək ən geniş sanksiya siyahılarından birinin hazırlanması üzərində iş aparıldığını bildirib. Onun fikrincə, Ukraynaya daha çox dəstək göstərilməsi və Moskvaya təzyiqin artırılması müharibənin başa çatdırılmasını sürətləndirə bilər.
Kallas hazırda Aİ-nin Rusiyanın sülhlə həqiqətən maraqlandığını düşünmədiyini də qeyd edib. O bildirib ki, Moskva danışıqlar prosesində heç bir güzəştə getməyib.
11:01 08.09.2026
Oxunuş sayı: 44