"Səbail" Fransa III Liqasından futbolçu transfer edib
"Səbail" heyətinə Fransa III Liqasından futbolçu qatıb.
Crossmedia.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.
Azərbaycan I Liqası təmsilçisi Sofian Boudraa ilə anlaşıb. 23 yaşlı yarımmüdafiəçi ilə "1+1" illik müqavilə imzalanıb.
Xatırladaq ki, oyunçu son olaraq Fransa III Liqasında "Aubagne Air Bel" klubunda çıxış edib.
10:16 08.09.2026
Oxunuş sayı: 46