Girnədə gəmi necə və harada batıb? - DETALLAR AÇIQLANDI
Girne yaxınlığında batan gəmi ilə bağlı yeni detallar
Şimali Kipr Türk Respublikasının Girne şəhəri yaxınlığında Mersin-Taşucu istiqamətində hərəkət edən sərnişin gəmisinin qəzaya uğraması ilə bağlı hadisənin vaxtı və yeri barədə yeni detallar açıqlanıb. Crossmedia.az xəbər verir ki, DW Türkçe bu barədə məlumat yayıb.
Crossmedia.az xəbər verir ki, Filo Denizcilik şirkətinə məxsus katamaran tipli gəmi Girne limanından Taşucuya yola düşüb. Gəmidə 259 sərnişin və 8 ekipaj üzvü olmaqla ümumilikdə 267 nəfər olub.
Hadisənin baş verdiyi an
Gəmi 30 avqustda günorta saatlarında Girne limanından çıxıb. Sərnişinlərin ifadələrinə görə, gəmi yola düşdükdən təxminən 25 dəqiqə sonra su almağa başlayıb və qısa müddət ərzində çevrilərək batıb. Hadisə sahildən təxminən 7,5 kilometr məsafədə baş verib.
Qəza zamanı dənizdə hava şəraitinin əlverişsiz olduğu bildirilib. Bununla belə, Şimali Kipr Türk Respublikasının prezidenti Tufan Erhürman hadisənin səbəbləri ilə bağlı vaxtından əvvəl nəticə çıxarılmamasının vacibliyini vurğulayıb.
Sərnişinlərin kömək çağırışları
Hadisə zamanı bəzi sərnişinlərin gəminin su aldığını görərək ekipajdan geri qayıtmasını istədiyi bildirilib. Qəzadan sonra yayılan görüntülərdə sərnişinlərin gəminin göyərtəsində kömək gözlədiyi görünür.
Xilasetmə işləri
Qəza nəticəsində ən azı 8 nəfər həyatını itirib. Son məlumatlara görə, 249 nəfərə çatılıb, 18 nəfərin axtarışı isə davam etdirilib. Xilasetmə əməliyyatlarına Türkiyənin Sahil Mühafizəsi və digər qüvvələri də cəlb olunub.
Hadisə ilə bağlı araşdırma başlanıb. Gəminin kapitanı da daxil olmaqla 8 nəfər saxlanılıb. Şimali Kipr Türk Respublikasında faciə ilə əlaqədar üç günlük milli matəm elan edilib.
08:07 31.08.2026
Oxunuş sayı: 51