Kiprdə bərə qəzasında ölənlərin sayı 8-ə çatdı
Kipr sahillərində bərənin qəzaya uğraması nəticəsində ölənlərin sayı 8-ə yüksəlib, 17 nəfərin axtarışı isə davam edir.
Crossmedia.az xəbər verir ki, “Kıbrıs Postası” bu barədə məlumat yayıb.
Şimali Kiprin nəqliyyat naziri Erhan Arıklı bildirib ki, axtarış-xilasetmə əməliyyatına dalğıclar və pilotsuz uçuş aparatları cəlb olunub.
Hadisə bərənin Kiprin şimalındakı Girne limanından Türkiyənin Taşucu istiqamətində hərəkəti zamanı baş verib. Gəmidə ümumilikdə 267 nəfər olub. Qəza nəticəsində bərə əvvəlcə çevrilib, daha sonra isə 514 metr dərinliyə batıb.
Xilasetmə işləri davam edir. Hadisənin səbəbləri ilə bağlı araşdırma aparılır.
10:28 31.08.2026
Oxunuş sayı: 54