Finlandiya prezidenti: Rusiya NATO ölkəsinə hücum etməz
Finlandiya Prezidenti Aleksandr Stubb Rusiyanın NATO ölkəsinə hücum etmək riskinə gedəcəyinə inanmadığını bildirib.
Crossmedia.az xəbər verir ki, Reuters-in məlumatına görə, Stubb Almaniyanın Bild qəzetinə açıqlamasında belə bir addımın NATO-nun qətiyyətini sınamaq baxımından Rusiya üçün “heç bir məna daşımadığını” deyib.
Qərb rəsmiləri Rusiyanın Avropa ölkələrinə qarşı kiberhücumlar da daxil olmaqla hibrid əməliyyatlarının artan riskindən xəbərdarlıq ediblər. Bu cür fəaliyyətlərin NATO ilə birbaşa qarşıdurmaya səbəb ola biləcəyi bildirilir.
Almaniya rəsmiləri isə Rusiyanın 2029-cu ilə qədər NATO ölkəsinə hücum etmək imkanına malik ola biləcəyini qiymətləndirirlər.
21:27 30.08.2026
Oxunuş sayı: 52