ABŞ-nin Avropadakı raket ehtiyatları kritik həddə düşüb
ABŞ-nin Avropadakı bəzi raket və sursat ehtiyatları, xüsusilə PAC-3 və ATACMS sistemləri üzrə, kritik dərəcədə azalıb.
Crossmedia.az xəbər verir ki, “The Wall Street Journal” bu barədə məlumat yayıb.
Məlumata görə, ABŞ-nin Yaxın Şərqə silah göndərməsi Avropadakı hərbi ehtiyatların ciddi şəkildə azalmasına səbəb olub.
Bildirilir ki, Avropadakı Patriot hava hücumundan müdafiə sistemləri üçün PAC-3 raketlərinin və ATACMS “yer-yer” raketlərinin ehtiyatları kritik səviyyəyə düşüb.
Bununla yanaşı, yüksək dəqiqlikli və idarəolunan raketlər də daxil olmaqla, digər silah növlərinin ehtiyatlarının da “son dərəcə aşağı səviyyəyə” endiyi qeyd olunur.
17:17 29.08.2026
Oxunuş sayı: 56