Nepalda itkin düşən 3 qazax qadının axtarışı davam edir
Nepal və Çin sərhədində təbii fəlakət zonasındakı daşqınlar zamanı itkin düşən 3 Qazaxıstan vətəndaşının axtarışı davam etdirilir.
Crossmedia.az xəbər verir ki, Qazaxıstan Xarici İşlər Nazirliyi bu barədə məlumat yayıb.
İki gün əvvəl Nepalda baş verən daşqınlar və su basması nəticəsində 3 Qazaxıstan vətəndaşının itkin düşdüyü bildirilib.
Qazaxıstan Xarici İşlər Nazirliyinin əvvəlki məlumatında isə həmin bölgədə 2 qadın vətəndaşın itkin düşdüyü qeyd olunmuşdu.
İtkin düşənlərin taleyi ilə bağlı axtarış-xilasetmə tədbirləri davam edir.
13:38 29.08.2026
Oxunuş sayı: 49