Rusiyan neft emalında rekord geriləmə yaşayır
Ukrayna qüvvələri avqust ayında Rusiyanın neft emalı zavodlarına ən azı 21 dəfə hücum edib.
Crossmedia.az xəbər verir ki, “Bloomberg”in məlumatına görə, bu, bir ay ərzində qeydə alınan ən yüksək göstəricidir.
Hücumlar Rusiyanın 10 ən böyük neft emalı zavodundan dördünə təsir edib. Nəticədə ölkədə neft emalının həcmi son 20 ilin ən aşağı səviyyələrindən birinə yaxınlaşıb.
Hücumlar fonunda avqustun ilk üç həftəsində daxili bazara benzin istehsalı və tədarükü illik ifadədə təxminən 20 faiz azalıb.
“Bloomberg” yazır ki, Rusiyanın onlarla regionunda yanacağın satışına məhdudiyyətlər tətbiq edilib. Yanacaq qıtlığı Moskva və Moskva vilayətinə də təsir göstərib. Bəzi yanacaqdoldurma məntəqələrində 30-50 avtomobildən ibarət növbələrin yarandığı bildirilir.
19:45 28.08.2026
Oxunuş sayı: 37