İsrail Livan proqramını uğursuz sayır
İsrail Livanın cənubundakı ərazilərə nəzarətin Livan ordusuna verilməsi proqramının uğursuz olduğunu ABŞ-ə bildirib.
Crossmedia.az xəbər verir ki, “The Jerusalem Post” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, İsrailin təhlükəsizlik strukturları Livan ordusunun “Hizbullah” infrastrukturunun məhv edilməsi ilə bağlı vəzifələri tam yerinə yetirmədiyini düşünür. Həmçinin ordunun İsrail tərəfindən təqdim edilən koordinatlardan istifadə etmədiyi bildirilir.
İsrailli zabitlər Livan ordusunun komandanı Rudolf Haykalın “Hizbullah”la birbaşa qarşıdurmadan yayındığını hesab edirlər. Məlumata görə, “Hizbullah”a qarşı ciddi təzyiqin olmaması səbəbindən İsrail proqramı Livanın cənubundakı digər ərazilərə genişləndirməyi hələlik planlaşdırmır.
14:58 28.08.2026
Oxunuş sayı: 40