Ağ Ev İran müharibəsini seçki gündəmindən çıxarmağa çalışır
Donald Tramp administrasiyası ABŞ-də aralıq seçkiləri ərəfəsində İranla müharibəyə ictimai diqqəti azaltmağa çalışır.
Crossmedia.az xəbər verir ki, “The Atlantic” bu barədə məlumat yayıb.
Nəşrin məlumatına görə, uzanan münaqişə, benzinin yüksək qiymətləri və respublikaçıların Konqresə nəzarəti itirmək ehtimalı Vaşinqtonda narahatlıq yaradıb.
Bu fonda Tramp administrasiyası diqqəti sanksiyalar və İrana qarşı iqtisadi təzyiq siyasətinə yönəldir.
16:41 27.08.2026
Oxunuş sayı: 52