Zelenski: Ukraynaya gecə saatlarında dron və ballistik raketlərlə hücum edilib
Ukrayna ərazisi ötən gecə pilotsuz uçuş aparatları və ballistik raketlərdən istifadə edilməklə kombinə edilmiş hücuma məruz qalıb.
Crossmedia.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə “Telegram” sosial şəbəkəsində məlumat yayıb.
Onun sözlərinə görə, hücumlar Poltava, Sumı və Xerson vilayətlərində kritik infrastruktura yönəlib.
Zelenski bildirib ki, Xarkov vilayətində yaşayış evləri hədəfə alınıb. Kramatorsk şəhərində idarə olunan aviasiya bombası çoxmərtəbəli binaya düşüb. Ukraynanın Dövlət Fövqəladə Hallar Xidmətinin əməkdaşları dörd nəfəri xilas edə biliblər.
Məlumata görə, Zaporojye şəhərində üç nəfər, Krivoy Roqda isə daha iki nəfər yaralanıb.
Odessada da yaşayış çoxmərtəbəli binasına zərbə endirildiyi bildirilib. Kiyev vilayətinin Çubinski qəsəbəsində isə dron hücumundan sonra müəssisələrdə yaranan yanğınların söndürülməsi üçün bütün zəruri xidmətlər cəlb olunub.
14:55 27.08.2026
Oxunuş sayı: 43