ABŞ: Çinlə əlaqəli hakerlər NASA və Senata hücum edib
ABŞ Ədliyyə Nazirliyi Çinin dövlət tərəfindən dəstəklənən haker qrupunun ABŞ dövlət qurumlarına və kritik infrastruktura qarşı uzunmüddətli kiberhücumlar həyata keçirdiyini açıqlayıb.
Crossmedia.az xəbər verir ki, ABŞ Ədliyyə Nazirliyi və Federal Təhqiqatlar Bürosu (FTB) Çinlə əlaqəli “QTFY” adlı haker qrupunun istifadə etdiyi “QScan” və “QTRouter” platformalarına qarşı əməliyyat keçirib. Məlumata görə, qrupun hücumlarının hədəfləri arasında NASA, ABŞ Federal Ehtiyat Sistemi, Energetika Nazirliyi, Ədliyyə Nazirliyi, Səhiyyə və İnsan Xidmətləri Nazirliyi, Milli Səhiyyə İnstitutları və ABŞ Senatı olub.
ABŞ tərəfi “QTFY” qrupunun Çində yerləşən “Nanjing Xinjiuwei Network Technology” şirkəti ilə əlaqəli olduğunu və onun Çin dövlət qurumları üçün haker xidmətləri göstərdiyini bildirib. Əməliyyat nəticəsində qrupun istifadə etdiyi domenlər ələ keçirilib və haker platformalarının fəaliyyəti dayandırılıb. FTB-nin məlumatına görə, sözügedən kiber fəaliyyət ən azı 2018-ci ildən davam edib və ABŞ-dən kənarda da enerji, telekommunikasiya və səhiyyə infrastrukturu hədəfə alınıb.
13:06 27.08.2026
Oxunuş sayı: 49