Azərbaycan Peşəkar Boks Federasiyasına yeni prezident seçilib
Azərbaycan Peşəkar Boks Federasiyasında yeni rəhbərlik formalaşdırılıb. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) sədri Vüsal Nəsirli federasiyanın prezidenti seçilib.
Crossmedia.az xəbər verir ki, bu barədə AAYDA məlumat yayıb.
Agentliyin sədr müavini Tural Mailov və Əməkdar məşqçi, tanınmış boks mütəxəssisi İlkin Ağayev isə federasiyanın vitse-prezidentləri seçiliblər.
Yeni rəhbərliyin əsas məqsədi son illərdə fəaliyyəti məhdudlaşmış federasiyanın işini bərpa etmək, Azərbaycanda peşəkar boksun inkişafına təkan vermək və ölkənin beynəlxalq arenadakı mövqeyini gücləndirməkdir.
Bu istiqamətdə federasiyanın qısa, orta və uzunmüddətli inkişaf strategiyasının hazırlanması, təşkilati strukturunun təkmilləşdirilməsi və müasir idarəetmə mexanizmlərinin tətbiqi nəzərdə tutulur.
19:18 12.10.2026
Oxunuş sayı: 44