Göygöldə 62 yaşlı kişi qoz yığarkən ölüb
Göygöl rayonunda 62 yaşlı kişi ağacdan qoz yığarkən yıxılaraq həyatını itirib.
Crossmedia.az xəbər verir ki, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb. Kənd sakini, 1964-cü il təvəllüdlü Xəlil Cəlilov yaşadığı evin həyətində qoz ağacından meyvə yığarkən ehtiyatsızlıqdan yıxılıb və aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı araşdırma aparılır.
22:15 12.10.2026
Oxunuş sayı: 50