Qusarda ev yanğını can aldı: 83 yaşlı qadın öldü
Qusar rayonunun Quxuroba kəndində fərdi yaşayış evində baş verən yanğın nəticəsində 83 yaşlı Hürüpəri Abdulkərimova həyatını itirib. Hadisə zamanı qadının oğlu da yanıq xəsarətləri alıb.
Crossmedia.az xəbər verir ki, yanğın zamanı evdə olan digər şəxslər çölə çıxaraq xilas ola biliblər. Lakin yatmış vəziyyətdə olan 83 yaşlı qadını xilas etmək mümkün olmayıb. Anasını xilas etməyə çalışan oğlu isə yanıq xəsarətləri alıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub. Yanğınsöndürənlərin operativ müdaxiləsi nəticəsində alov qısa müddətdə söndürülüb və yaxınlıqdakı tikililərin yanğından mühafizəsi təmin edilib.
Faktla bağlı araşdırma aparılır. Yanğının başvermə səbəbləri və hadisənin digər təfərrüatları dəqiqləşdirilir.(Azərtac)
20:56 12.10.2026
Oxunuş sayı: 46