Avropa İttifaqı Rusiyaya qarşı ən böyük sanksiya paketini təsdiqləyib
Avropa İttifaqı (Aİ) Rusiyanın Ukraynaya qarşı genişmiqyaslı müharibəyə başlamasından bəri Moskvaya qarşı ən böyük sanksiya paketini təsdiqləyib. Yeni məhdudiyyətlər əsasən Rusiyanın raket istehsalı imkanlarını hədəf alır.
Crossmedia.az xəbər verir ki, bu barədə Aİ-nin xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas “X” sosial şəbəkəsində məlumat verib.
Onun sözlərinə görə, Aİ-yə üzv ölkələrin xarici işlər nazirləri Lüksemburqda keçirilən görüşdə yeni sanksiyalar paketini qəbul ediblər. Paket çərçivəsində Rusiyanın hərbi-sənaye kompleksini hədəf alan 1600 yeni şəxs və qurum sanksiya siyahısına daxil edilib.
Kallas bildirib ki, bu, Rusiyanın müharibəyə başlamasından bəri sanksiya siyahısının ən böyük genişləndirilməsidir. Yeni siyahıya daxil edilənlərin yarıdan çoxunun ballistik raketlərin istehsal zənciri ilə əlaqəli olduğu qeyd olunub.
22:53 12.10.2026
Oxunuş sayı: 45