Azərbaycan Ordusunda zabitlərin təkmilləşdirmə kursunun buraxılışı olub
Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində “Zabit heyətini təkmilləşdirmə kursu”nun növbəti buraxılış mərasimi keçirilib.
Crossmedia.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Mərasimdə əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və Vətən uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Milli Müdafiə Universiteti rektorunun elm və təhsil üzrə müavini general-mayor Arif Həsənov çıxışında ordu quruculuğu sahəsində aparılan islahatlardan danışıb, təcrübəli hərbi kadr potensialının artırılmasının vacibliyini vurğulayıb. O, kursu uğurla başa vuran hərbçilərə gələcək xidmətlərində uğurlar arzulayıb.
Kurs iştirakçıları təlim müddətində onlara göstərilən diqqət və qayğıya görə Müdafiə Nazirliyinin və Milli Müdafiə Universitetinin rəhbərliyinə təşəkkür ediblər.
Daha sonra kursu müvəffəqiyyətlə bitirən hərbçilərə sertifikatlar, təlim və tədrisdə yüksək nəticələr göstərən dinləyicilərə isə fəxri fərmanlar təqdim olunub.
Mərasimin sonunda kurs birincisi tərəfindən rəmzi yaş kötüyünə emblem vurulub.
20:21 12.10.2026
Oxunuş sayı: 57