Xankəndiyə yatırılan investisiyalar 3,7 dəfə artıb
2025-ci ildə Xankəndi şəhərində əsas kapitala yönəldilən investisiyaların həcmi 333 milyon 784,3 min manat təşkil edib. Bu, 2024-cü illə müqayisədə 3,7 dəfə çoxdur.
Crossmedia.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarda bildirib.
Hesabat dövründə Qarabağ iqtisadi rayonunda əsas kapitala ümumilikdə 2 milyard 268 milyon 434,2 min manat investisiya yatırılıb. Bu göstərici əvvəlki illə müqayisədə 12,6% azdır.
Rayonlar üzrə investisiya qoyuluşu belə olub:
Ağcabədi rayonu – 24 milyon 853,1 min manat, 2,1 dəfə artım;
Ağdam rayonu – 784 milyon 582,1 min manat, 10,5% azalma;
Ağdərə rayonu – 62 milyon 128,2 min manat, 28% artım;
Bərdə rayonu – 16 milyon 605,4 min manat, 1,6% artım;
Füzuli rayonu – 276 milyon 447,5 min manat, 49,1% azalma;
Xocalı rayonu – 186 milyon 970,1 min manat, 3 dəfə artım;
Xocavənd rayonu – 162 milyon 509,9 min manat, 29% artım;
Şuşa rayonu – 385 milyon 458,8 min manat, 48% azalma;
Tərtər rayonu – 35 milyon 94,8 min manat, 55,4% azalma.
Beləliklə, 2025-ci ildə Qarabağ iqtisadi rayonunda investisiya qoyuluşları üzrə ən yüksək göstərici Ağdam rayonunda qeydə alınıb. Xankəndidə isə əsas kapitala yönəldilən investisiyaların həcmi əvvəlki illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
18:50 12.10.2026
Oxunuş sayı: 57