Neft bazarında sabitlik üçün əsas şərtlər açıqlanıb
Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) və qeyri-OPEC ölkələrinin nazirləri qlobal neft bazarındakı vəziyyəti, eləcə də daşınma və sığorta xərclərinin artmasının bazara təsirlərini müzakirə ediblər.
Crossmedia.az xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında məlumat verib.
Nazir bildirib ki, bazarda sabitliyin qorunması üçün tələb və təklif arasında tarazlığın təmin edilməsi ilə yanaşı, enerji resurslarının təhlükəsiz, fasiləsiz və əlverişli şərtlərlə nəqlinin də vacibliyi vurğulanıb.
Pərviz Şahbazovun sözlərinə görə, görüşdə “OPEC+” formatında məsləhətləşmələrin davam etdirilməsi barədə razılıq əldə olunub.
21:26 12.10.2026
Oxunuş sayı: 49