ABŞ qlobal botneti çökdürüb
ABŞ Federal Təhqiqat Bürosu və Ədliyyə Nazirliyi qlobal botnetin fəaliyyətinin qarşısını aldıqlarını açıqlayıblar.
Crossmedia.az xəbər verir ki, ABŞ hakimiyyətinin məlumatına görə, botnet Çinə bağlı QTFY qrupu tərəfindən ölkənin kritik infrastrukturuna kiberhücumlar üçün istifadə olunub.
Araşdırma QTFY-ni oğurlanmış məlumatları və haker xidmətlərini Çin hərbi və kəşfiyyat qurumlarına satdığı iddia edilən Nanjing Xinjiuwei Network Technology Company ilə əlaqələndirir.
23:00 26.08.2026
Oxunuş sayı: 38