Filadelfiya prokuroru Trampın tikmək istədiyi bal zalını partlatmaqla hədələyib
Filadelfiyanın dairə prokuroru Larri Krasner Donald Trampın Ağ Evin Şərq qanadının yerində tikmək istədiyi bal zalının gələcəkdə sökülə biləcəyini və hətta partladılacağını deyib.
Crossmedia.az xəbər verir ki, demokrat prokuror hakimiyyət dəyişikliyindən sonra binanın partladılaraq dağıntılarının suvenir kimi satıla biləcəyini bildirib.
Krasner çıxışında təxminən 10-15 ildən sonra insanların bu məsələyə gülərək baxacağını və onun masasının üzərində həmin bal zalının bir hissəsindən hazırlanmış kağız ağırlığının olacağını deyib.
O, bu əşyanın bal zalı partladıldıqdan sonra əldə ediləcək hissədən hazırlanacağını bildirib.
17:56 26.08.2026
Oxunuş sayı: 43