Netanyahu: İsrail yaşayış məntəqələrinin xəritəsində yeni nöqtələr yaranır
İsrailin Baş naziri Benyamin Netanyahu ölkənin yaşayış məntəqələri ilə bağlı vəziyyətin sürətlə dəyişdiyini və xəritədə yeni məntəqələrin meydana çıxdığını bildirib.
Crossmedia.az xəbər verir ki, Benyamin Netanyahu bu barədə açıqlama verib. Netanyahunun sözlərinə görə, o, bir gün əvvəl müdafiə naziri və hökumət katibi ilə birlikdə İsrail yaşayış məntəqələrinin xəritəsini nəzərdən keçirib. Baş nazir xəritədə getdikcə daha çox yeni nöqtənin yarandığını qeyd edib.
O bildirib ki, İsrail bu yolla yalnız hazırkı mövcudluğunu deyil, gələcəkdə “yəhudi xalqının mövcudluğunu” da təmin edir. Netanyahu qeyd edib ki, İsrail artıq 104 yaşayış məntəqəsi və 160 forpost yaradıb və onları qanuniləşdirib.
15:59 26.08.2026
Oxunuş sayı: 48