Zaxarova: Fransa Rusiyanı seçkilərə müdaxilədə ittiham etməklə uğursuzluqlarını ört-basdır edir
Fransa Rusiyanı 2027-ci il prezident seçkilərinə müdaxilədə ittiham etməklə iqtisadiyyat və xarici siyasətdəki uğursuzluqlarını ört-basdır etməyə çalışır.
Crossmedia.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.
Zaxarova bildirib ki, Fransada bir sıra namizədlər prezident seçkiləri uğrunda mübarizədə “Rusiya təhlükəsi” ilə mübarizə və Kiyev hakimiyyətinə dəstək barədə sərt bəyanatlar səsləndirirlər.
Onun sözlərinə görə, Moskvanı seçkilərə müdaxilədə ittiham etmək Fransadakı siyasi qüvvələrin seçki kampaniyasında istifadə etdiyi vasitələrdən birinə çevrilib.
17:36 25.08.2026
Oxunuş sayı: 41