Tayvanın cənub-şərq sahillərində 5,8 bal gücündə zəlzələ baş verib
Tayvanın cənub-şərq sahilləri yaxınlığında 5,8 bal gücündə zəlzələ qeydə alınıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Tayvan Mərkəzi Meteorologiya Administrasiyası məlumat yayıb.
Məlumata görə, zəlzələnin episentri Taytung dairəsindən təxminən 48 kilometr şərq-cənub-şərqdə, dənizdə 13,1 kilometr dərinlikdə yerləşib.
Zəlzələnin ən güclü təsiri Taytung dairəsində 4 bal səviyyəsində qeydə alınıb. Hualien, Tainan, Çiayi və Yunlin ərazilərində isə yeraltı təkanların intensivliyi 3 bal olub. İlkin məlumata görə, dağıntı və xəsarət alanlarla bağlı məlumat daxil olmayıb.
17:29 25.08.2026
Oxunuş sayı: 48