Suriya lideri Trampa təşəkkür edib
Suriyanın müvəqqəti hökumətinin rəhbəri Əhməd əş-Şaraa ölkəsinin terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarılmasına görə ABŞ Prezidenti Donald Trampa təşəkkür edib.
Crossmedia.az xəbər verir ki, Əhməd əş-Şaraa ABŞ-nin bu qərarını yüksək qiymətləndirib və Trampa minnətdarlığını bildirib.
ABŞ avqustun 24-də Suriyanı 1979-cu ildən daxil olduğu terrorizmi dəstəkləyən dövlətlər siyahısından çıxarıb. Qərarın ardınca Suriyaya tətbiq olunan bir sıra iqtisadi məhdudiyyətlər aradan qalxıb və ölkənin xarici investisiyalara çıxışının genişlənməsi gözlənilir.
Əş-Şaraa bildirib ki, bu qərar Suriyanın inkişafı, yenidən qurulması və iqtisadi sistemə inteqrasiyası istiqamətində yeni mərhələnin başlanmasına imkan yaradır.
12:27 25.08.2026
Oxunuş sayı: 42