Almaniyada “Rosatom”la əməkdaşlığa qarşı etiraz aksiyası keçirilib
Almaniyanın Linqen şəhərində “Rosatom”la əməkdaşlığa qarşı etiraz aksiyası keçirilib.
Crossmedia.az xəbər verir ki, “DW” bu barədə məlumat yayıb.
Avqustun 24-də Aşağı Saksoniyanın Linqen şəhərində bir neçə nüvə əleyhinə təşəbbüs nüvə yanacağı istehsal edən zavodun qarşısında aksiya təşkil edib.
Etirazlara zavodu idarə edən Fransanın “Framatome” şirkəti ilə Rusiyanın dövlət korporasiyası “Rosatom” arasında planlaşdırılan əməkdaşlıq səbəb olub.
“AgiEl – Emslandda atom enerjisinin əleyhdarları” təşəbbüsü nüvə sahəsində Kremlin təsirindən asılılığın davam etməsinin narahatlıq doğurduğunu bildirib. “Münsterland nüvə obyektlərinə qarşı” birliyi isə zavodun tamamilə bağlanmasını tələb edib.
Aksiya müəssisənin qarşısında piket və bir dəqiqəlik sükutla başlayıb. Daha sonra velosiped yürüşü və mitinq keçirilib. Təşkilatçıların məlumatına görə, tədbirdə təxminən 80 nəfər iştirak edib.
12:22 25.08.2026
Oxunuş sayı: 43