Ermənistanda Robert Köçəryan və oğlu Sedrak saxlanılıb - YENİLƏNİB
Ermənistanın keçmiş prezidenti Robert Köçəryan və onun böyük oğlu Sedrak Köçəryan saxlanılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə Ermənistanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsi məlumat yayıb.
Məlumata görə, hüquq-mühafizə orqanları korrupsiya xarakterli cinayət işləri çərçivəsində ölkə üzrə bir neçə on ünvanda axtarışlar aparır. Səhər saatlarından etibarən Ermənistan Milli Təhlükəsizlik Xidməti və Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin əməkdaşları Robert Köçəryanın və onun oğlu, parlamentin müxalifətçi “Ermənistan” fraksiyasının deputatı Levon Köçəryanın evlərində də axtarış keçiriblər.
Bundan əvvəl Robert Köçəryanın Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparıldığı, Levon Köçəryanın isə Milli Təhlükəsizlik Xidmətinə çatdırıldığı bildirilib.
Qeyd edək ki, Ermənistanın Baş naziri Nikol Paşinyan ötən gün parlamentdə Levon Köçəryana müraciət edərək onların ailəsinin əmlakdan məhrum ediləcəyini bildirmişdi.
09:28
Ermənistanın ikinci prezidenti Robert Köçəryan Korrupsiyaya Qarşı Mübarizə Komitəsinə aparılıb.
Crossmedia.az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan"a "Ermənistan" blokunun deputatı Aqnessa Xamoyan məlumat verib.
09:06
Ermənistan parlamentinin “Ermənistan” (“Hayastan”) fraksiyasının deputatı Mesrop Manukyan müxalifətçi həmkarı Levon Koçaryanın evində axtarış aparıldığını bildirib.
Crossmedia.az xəbər verir ki, Mesrop Manukyan bu barədə sosial media hesabında məlumat yayıb.
Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları Levon Koçaryanın yaşadığı ünvana gələrək axtarış tədbirləri həyata keçiriblər.
Axtarışın səbəbi və istintaqın detalları ilə bağlı hələlik əlavə məlumat açıqlanmayıb.
10:43 25.08.2026
Oxunuş sayı: 220